Şagirdimiz Sinqapurdan qızıl medalla geri dönüb

29 İyul 2023

Liseyimizin X sinif şagirdi Rəcəbli Atabəy Sinqapurda təşkil edilən "SIMOC" Beynəlxalq Riyaziyyat olimpiadasında uğurla iştirak edərək ölkəmizə qızıl medalla geri dönüb. Bu münasibətlə Atabəyi ürəkdən təbrik edirik, ona bol-bol uğurlar arzulayırıq.
Qeyd edək ki, Atabəy Respublika Fənn Olimpiadalarının İnformatika fənni üzrə bürünc medalın sahibidir.