Şagirdimiz “Ən yaxşı təqdimat” müsabiqəsində II yerə layiq görülüb

27 Aprel 2022

Ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika turununda Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Gülnur Niftəli II dərəcəli diplomla təltif olunub.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ulu öndərin zəngin siyasi irsinin, şərəfli ömür yolunun və çoxşaxəli fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da genişləndirilməsindən, həmçinin məktəblilərin özünüifadə bacarıqlarına yiyələnməsinin stimullaşdırılmasından ibarətdir.

Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.