Respublika Fənn Olimpiadalarının (RFO) qalibi olan şagirdlərimizlə görüş keçirilib

17 İyun 2023

17 iyun 2023-cü il tarixində 2022-2023 tədris ilinin Respublika Fənn Olimpiadalarının qalibləri ilə görüş keçirilib.

Liseyimizin direktoru Fərqanə İsayeva tərəfinən təşkil edilən çay süfrəsində qalib şagirdlərimiz və onların müəllimlərindən bir neçəsi iştirak ediblər. Görüşdə şagirdlərimizin nəticələri, onların keçdikləri proseslər müzakirə edilib, gələcəkdəki planlarla bağlı fikir mübadiləsi aparılıb.

Sonda şagirdlərimizlə xatirə şəkli çəkilib.

Qeyd edək ki, 2022-2023 tədris ilində şagirdlərimiz 2-i Azərbaycan dili, 4-ü Biologiya, 2-i Coğrafiya, 2-i Fizika, 7-i İnformatika, 2-i Kimya, 3-ü Riyaziyyat və 1-i Tarix fənnindən olmaqla ümumilikdə 23 medal qazanıblar.