Qardaş Qazaxıstandan dəyərli alimlər liseyimizdə qonaq olublar

27 Dekabr 2023

Qardaş Qazaxıstandan dəyərli alimlər-filologiya elmləri doktoru Janat Turarbekqızı Dauletbekova və filologiya elmləri namizədi, dosent Rai Kairat Magaoğlu liseyimizdə qonaq olublar.
Onları liseyimizin direktoru Fərqanə İsayeva və kollektivimiz qarşılayıblar. Gələn qonaqlara liseyimiz, liseyin fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Liseyimizdə təşkil edilən spartakiada yarışmasında iştirak edən qonaqlar sonda çay süfrəsinə dəvət olunublar.