Nizami dünyası

13 Aprel 2021

08.04.2021-ci il tarixində liseydə Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunması ilə əlaqədar  “Nizami dünyası “adlı onlayn konfrans keçirilmişdir. Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Xəlilovanın  rəhbərlik etdiyi 9A-3 sinfinin şagirdlərinin iştirakı ilə keçirilmiş bu konfransda dinlənilən məruzələr bir daha sübut etdi ki, əsrlər keçsə belə, Nizami dünyası hər zaman bəşəriyyətin diqqət mərkəzində olacaq və  sevilərək öyrəniləcək.

https://www.youtube.com/watch?v=1cABSDARAOI