Mövcud vəziyyət və imkanlar

18 May 2021

Gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması məqsədilə liseyin psixoloqu R.Kərimova 9-cu siniflərdə seminar keçirilmişdir.

Seminarda gender və gender bərabərliyi ilə bağlı stereotiplərin hələ də mövcudluğu barədə söhbət aparıldı. Şagirdlərin bu barədə fikirləri dinlənildi və məlum oldu ki, kişi və ya qadın olmaqla bağlı ənənəvi gözləntilər Azərbaycan kişi və qadınlarının şüurunda dərin köklər salıb. Bu stereotiplərin  aradan qaldırılması sahəsində, gender bərabərliyi üzrə hələ görüləcək çox işin olduğu qeyd olundu. Bu stereotiplərin aradan qaldırılması yolları  barədə maraqlı təkliflər səsləndi.