Məzunlarımızdan 5 nəfər qızıl, 4 nəfər gümüş nişanla təltif olunub

22 İyul 2023

Elm və təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalayıb. Əmrə əsasən ötən tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran XI sinif məzunlarımızdan 5 nəfər qızıl, 4 nəfər isə gümüş nişanla təltif olunub.

Qızıl nişanla təltif olunmuş məzunlarımız:

  • Qəribli Fidan
  • Vəliyev Nicat
  • Ələsgərov Mirhəsən
  • Yarkovoy Daniil
  • Mehdiyev Fərid

Gümüş nişanla təltif olunmuş məzunlarımız:

  • Cabbarova Zəhra
  • Abbaslı Məhəmməd
  • Niftəli Gülnur
  • Qurbanova Zərifə

Qeyd edək ki, qızıl və gümüş nişanla təltif olunan şagirdlər Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib.

Qızıl və gümüş nişanla təltif olunmuş məzunlarımzı və lisey əməkdaşlarımızı təbrik edirik!