Liseyin şagirləri “Azərkitab” kitab mərkəzinin keçirdiyi tədbirdə

27 Aprel 2021

27.04.2021 -ci il tarixində  “AZƏRKİTAB” kitab mərkəzində görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.

     “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov təşkilatçılığı  ilə keçirilmiş bu tədbirdə Millət vəkili Əflatun Amaşov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, şair, oftalmoloq Paşa Qəlbinur, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya  Mərkəzində Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri, Tibb üzrə fəlsəfə doktotu  Yazgül Abdıyeva, və digər qonaqlar iştirak ediblər.

        Tədbir eyni zamanda “Zoom” proqramı vasitəsi ilə onlayn təşkil olunmuşdur. Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri də bu tədbirə onlayn formatda qoşularaq iştirak etmişlər. Liseyin  Uşaq Birliyi Rəhbəri Fəridə Rizvanova tədbirdə çıxış edərək liseyin fəaliyyəti , əldə etdiyi uğurları barədə məlumat vermişdir. Şagirdlər  isə  belə bir tanınmış şəxsiyətin adını daşıyan təhsil ocağında oxuduqları üçün həm böyük məsuliyyət daşıdıqlarını, həm də qürur duyduqlarını  qeyd etmişlər.