Liseyimizin şagirdləri ABŞ-da təşkil edilən Beynəlxalq "Copernikus" Olimpiadasından gümüş və bürünc medal qazanaraq ölkəmizə geri dönüblər

14 İyul 2023

“Global Olympic Center”-in təşkilatçılığı ilə ölkəmizin müxtəlif məktəblərindən ibarət istedadlı şagirdlər iyulun 9-13-ü aralığında Nyu York ştatında Beynəlxalq Copernikus Olimpiadasının riyaziyyat üzrə qlobal mərhələsində ölkəmizi təmsil edib.

Mükafatlandırma tədbirində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim video çıxış edərək, iştirakçıları və Azərbaycan komandasını təbrik edib və uğurlar arzulayıb.
Uğurlu nəticə ilə geri dönən komanda üzvlərindən olan  XI sinif şagirdlərimiz Ağa Hüseynli gümüş və Şəhriyar Məmmədov bürünc medal qazanıblar.
Bu münasibətlə şagirdlərimizi ürəkdən təbrik edirik.