18 aprel tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Tofiq Quliyev adına 11 illik musiqi məktəbin şagirdlərinin hesabat konserti keçirilmişdir. Klassik musiqi ənənələrinin yaşadıldığı bu mötəbər gecədə liseyimizin 11r1 sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Kamal Axundov da öz məharətini nümayiş etdirmişdir.
Yüksək ifaçılıq bacarığı ilə seçilən Kamal Axundovun çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Akademik uğurları ilə yanaşı, incəsənət sahəsində də liseyimizi layiqincə təmsil edən şagirdimizi təbrik edir, ona gələcək fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayırıq.




