Liseyimizin 9-cu sinif şagirdi 23-30 aprel tarixlərində Moskva və Saratov şəhərlərində keçiriləcək "Qaliblər Forumu"na dəvət alıb

13 Aprel 2026

Liseyimizin 9-cu sinif şagirdi Tişakov Denis böyük bir uğura imza atıb

O, 40 ölkədən 245 nəfərin qatıldığı "Kosmosda Birinci" Beynəlxalq Tarix Müsabiqəsində yüksək nəticə göstərərək qaliblərdən biri olub. Denis dünyanın 30 ölkəsindən seçilmiş qaliblər sırasında yer alaraq 23-30 aprel tarixlərində Moskva və Saratov şəhərlərində keçiriləcək "Qaliblər Forumu"na dəvət alıb.

Denisi bu böyük nailiyyəti münasibətilə ürəkdən təbrik edir, ona uğurlu yolçuluq və yeni zirvələr arzulayırıq!