Liseyimizdə “ZAHSFEST” adlı İnformatika həftəsi təşkil ediləcək

22 Aprel 2022

06-10 iyun 2022-ci il tarixlərində liseyimizin şagirdləri üçün Zəfər ilinə həsr edilən "ZAHSFEST" adlı İnformatika həftəsi təşkil ediləcəkdir.
Festival həftəsinin proqramı və qaydalar aşağıdakı kimidir:

30 may 2022-ci il tarixinə qədər aşağıdakı sahələrdən birində işlərinizi təqdim edə bilərsiz. Bütün kateqoriyalarda fərdi və ya 2 nəfərlik komanda şəklində qeydiyyatdatdan keçmək mümkündür. Qaliblər hakimlərin verdiyi ballar əsasında festivalın bağlanış günü - 10 iyun 2022-ci il elan ediləcək.

  • 3D dizayn - “Şuşanı quraq” mövzusunda işlərinizin həm dizaynlarını (.stl, .obj və s) həm də, çap üçün hazır olan .gx fayllarınıza baxılacaq.
  • "Open projects"
  • "Şuşa ili" ilə bağlı ən yaxşı təqdimat (8-10 slayd)
  • Katapult yarışı – Katapultunuzu hazırlayın və yarışa qatılın. Verilmiş 10 topdan 2 metr uzaqlıqda olan səbətə maksimum top salmış komanda qalib hesab edilir. Top sayı eyni olduqda vaxt amili üzrə qiymətləndirmə aparılacaq.
  • Sumo yarışı (komanda sayı robotların sayına görə məhdudlaşdırıla bilər)
  • Proqramlaşdırma hakatonu
  • Breyn Rinq (5 nəfərlik komandalar)

07 iyun “Hakaton”

Fərdi və ya 2 nəfərlik komanda şəklində qatıla bilərsiniz. İştirakçılar hakatona şəxsi komputerləri ilə qatılmalıdır. Qeydiyyat üçün son tarix 30 may 2022-ci ildir.
Hakaton əvvəlcədən elan edilməmiş mövzuda, 3 saat ərzində təşkil olunacaq. Qaliblər hakimlərin verdiyi bal əsasında festivalın bağlanış günü (10 iyun 2022-ci il) elan ediləcək. İştirakçılara iştirak sertifikatı, ilk 3 yerə fərqlənmə sertifikatı, I yerin sahiblərinə xatirə hədiyyələri təqdim ediləcək.
9-cu,10-cu siniflər

08-09 iyun - Breyn Rinq

Hər sinif adından 5 nəfərlik komanda şəklində qatıla bilərsiz. Qeydiyyat üçün son tarix 30 may 2022-ci ildir. Breyn Rinq “Ümumi informatika bilikləri” mövzusunda, turnir şəklində təşkil olunacaq. İştirakçılara iştirak sertifikatı, ilk 3 yerə fərqlənmə sertifikatı, I yerin sahiblərinə xatirə hədiyyələri təqdim ediləcək.

10 iyun - Bağlanış mərasimi (Təltifetmə)

Festival günü siz "dron show" (sinxron), "Humanoid robot show", "mənim gələcək texnoloji dünyam " mövzusunda rəsm sərgisini izləyəcəksiniz. Canlı olaraq keçirilən katapult və sumo yarışlarında qaliblər müəyyən ediləcək, həmçinin öncədən digər kateqoriyalarda hakimlərin seçdiyi qaliblər elan ediləcək. 

Hər birinizə uğurlar arzulayırıq!