Bu gün liseyimizdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsinin nümayəndə heyəti ilə şagirdlərinin görüşü təşkil olunmuşdu. Görüşün məqsədi şagirdləri müasir mühəndislik ixtisasları, təhsil proqramları və UNEC-dəki karyera imkanları ilə tanış etmək idi.
Tədbirdə fakültənin ixtisas rəhbərləri – Dos. Məhərrəmova Mehriban, Dos. Rəhimova Könül və Dos. Kərimova Nurlanə geniş təqdimatla çıxış etdilər. Onlar şagirdlərimizə mühəndislik təhsilinin üstünlükləri və bu sahənin əmək bazarındakı rolu barədə məlumat verdilər, şagirdlərə mühəndislik sahəsinin gələcək perspektivləri, universitetin laboratoriya şəraiti və beynəlxalq mübadilə proqramları haqqında danışdılar. Sonda qonaqlar şagirdlərin ixtisas seçimi və qəbul qaydaları ilə bağlı çoxsaylı suallarını cavablandırıblar. Peşəkar akademik heyətlə birbaşa ünsiyyət şagirdlərimizə ixtisas seçimində yeni baxış bucağı qazandırdı.
Gəlişlərinə və səmərəli məlumatlarına görə hörmətli dosentlərimizə təşəkkür edirik!



