Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi üzrə qalib şagirdlərimiz mükafatlandırılıb

22 Oktyabr 2023

"Kenquru Riyaziyyat Olimpiadası"nda yer tutmuş şagirdlərimizə sertifikat və medalları təqdim edilib.

Belə ki, 8-ci sinif şagirdimiz Məhərrəm Qurbanzadə qızıl və 11-ci sinif şagirdimiz Məmmədli İlkin bürünc medala layiq görülüb.

Şagirdlərimizi ürəkdən təbrik edirik!