İnformatika fənni üzrə beynəlxalq turnirdə şagirdlərimiz yüksək nəticə göstəriblər

22 Aprel 2024

16-21 aprel 2024-cü il tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə yüksək səviyyəli turnir keçirilib.

Məktəblilərimiz sözügedən turnirdə Azərbaycan Texniki Universitetinin laboratoriyalarından onlayn formada qoşulub. Liseyimizin 2 şagirdi bu turnirdə yüksək nəticə göstəriblər. X sinif şagirdimiz Ayxan dəmirli gümüş, XI sinif şagirdimiz Hüseyn Ağayev bürünc medal qazanıb.
Hər iki şagirdimizi təbrik edirik.