Gələcəyimiz bu gündən başlayır

14 Dekabr 2020

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə şagirdləri məumatlandırmaq məqsədilə liseyn tarix müəllimi Zemfira Məhəmmədova    videokonfrans  formatında dərs keçirmişdir. 44 günlük Vətən müharibəsinin qələbəsində dahi siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin roluna həsr olunmuş bu konfransda liseyin şagirdləri fəal iştirak etmişlər.

      Konfransda qeyd olunmuşdur ki,  qələbənin qazanılmasında Azərbaycanın şanlı ordusunun igid əsgərlrinin rolu əvəzolunmazdır. Bu 44 gün ərzində qalib ordunun qəhrəman döyüşçələrini qələbəyə  məhz Ali Baş Komandanın daxili və xarici siyasətini  ruhlandırırdı.  Konfransda şagirdlər tərəfindən aşağıdakı fikir-şüarlar səslənmişdir.

        “Biz fəxr edirik ki, Azərbaycanda yaşayırıq!”

        “ Biz fəxr edirik ki, məhz İlham Əliyev  illərdir çiyinlərindəki ağır yük olan bu problemi həll edə bildi!”

          “Biz torpaqlarımızı  düşmənlərdən qorumalı olduğumuzu bilirik!”

         “ Qalib adını qazanmaq haqqını nəyin bahasına əldə etdiyimizi bilirik!  Bu qələbənin qazanılmasında axıdılan şəhid qanlarını unutmayacağımıza söz veririk!”  

         “Prezidentimizin öz üzərinə götürdüyü və şərəflə doğrultduğu  məsuliyyəti  heç vaxt unutmayacağıq!”

    Şagirdlərin səsləndirdiyi şüarlar göstərir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir!

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!