"Gəl, robotu birlikdə öyrənək" qrant layihəsinin açılış tədbiri keçirilib

25 Oktyabr 2023

Akademik Zərifə Əliyeva adına liseyin İKT üzrə direktor müavini Zəka İbrahimovun Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində qalib olduğu "Gəl, robotu birlikdə öyrənək” layihəsinin açılış mərasimi keçirilib.

Akademik Zərifə Əliyeva adına liseydə baş tutan tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib. Tədbirdə layihə rəhbəri, layihənin işçi qrupu və müəllimlər iştirak edib. Layihə rəhbəri Zəka İbrahimov qonaqlara layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd Akademik Zərifə Əliyeva adına liseydə ilə Kürdəmir rayonu Qacar Sadıqov adına Mollakənd kənd tam orta məktəbin əməkdaşlığı çərçivəsində hər müəssisədə robototexnika klubları quraraq şagirdlərin robototexnika ilə əlaqədar bilik-bacarıqlarını inkişaf etdirməkdir.

Tədbirdə çıxış edən qonaqlardan Akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva və direktor müavini Samirə Məsimova layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.