Dünya görsün...

24 Fevral 2021

Liseydə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı rəsm  sərgisi keçirilmişdir.

Sərgidə  9-cu sinif şagirdlərinin rəsmləri və əl işləri nümayiş etdirilmişdir.  Şagirdlər çəkdikləri rəsmlərdə Xocalıda yaşanan faciənin dəhşətlərini, yüzlərlə insanın al qanına qəltan edildiyini, düşmənin kimsəyə aman verməməsini uşaq təxəyyülü ilə ağ kağızlara köçürmüşlər.  

9A3 sinif  şagirdi Gülnur Niftəlinin  alqinat+stomatoloji qipsdən  hazırladığı əl işlərində xalqın birliyi , qələbə əzmi öz əksinin tapmışdır.

https://www.youtube.com/watch?v=ODPnQYJ35gI