Biz sağlam həyatı seçirik

10 Mart 2021

Liseydə “Biz sağlam həyatı seçirik” adlı sərgi təşkil olunmuşdur. Sərginin təşkil olunmasında əsas məqsəd şagirdlər arasında maarifləndirici iş aparmaq idi.

Şagirdlərin sərgilənən rəsmlərində və əl işlərində  narkotik vasitələrin, psixotrop maddələrin  insan həyatına olan mənfi təsiri, sağlamlığa vurduğu  zərər öz ifadəsini tapmışdır.