Avropa Fizika Olimpiadasında şagirdimiz uğur qazanıb

24 May 2022

20-24 may tarixlərində Sloveniyanın paytaxtı Lyublyana şəhərində Avropa Fizika Olimpiadası təşkil edilib. Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 4 bürünc və 1 “Həvəsləndirici Mükafat” qazanıb. Böyük fəxrlə qeyd edək ki, liseyimizin XI sinif şagirdi Eşqin Alıyev bu olimpiadada uğurlu çıxış edərək bürünc medala sahib olub.

Eşqini və digər məktəblilərimizi təbrik edirik, uğurlar arzulayırıq.