"Ana dilimizi sevək, sevdirək" mövzusunda onlayn keçirilmiş dəyirmi masa

19 Fevral 2021

Dil və mədəniyyətin rəngarəngliyini qorumaq üçün UNESCO tərəfindən 21 fevral 1999-cu il Beynəlxalq Ana Dili Günü elan edilib.

Akademik Zərifə Əliyeva adına liseyin 10 A1 sinif  şagirdləri Gülnar Həşimovanın  rəhbərliyi ilə onlayn debatda iştirak etdilər.  Uşaqlar Ana dilinin tarixini araşdıraraq  “Orxon – Yenisey” əlifba yazıları, “Dədə -Qorqud kitabı” , “Divanü – lüğat-it türk” əsəri türk xalqlarının qədim tarixi, bədii və elmi təfəkkürü, yazı mədəniyyəti və s. kimi mənəvi keyfiyyətləri qoruyub saxlaması, nəsillərdən -nəsillərə çatdırması , XVI əsrdə Şah İsmayıl Xətayinin Azərbaycan xalqının mənəviyyatının zənginləşməsində müstəsna rolu, Azərbaycan türkcəsini dövlət dili elan etməsi, XX əsrin əvvəllərində Ö.F.Nemanzadə, C.Məmmədquluzadə, F.Köçərli, Ə.Cavad və başqa ziyalıların ana dilini müdafiə etməsi və C.Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalında nəşr etdirdiyi “Azərbaycan” məqaləsində dilimizin necə adlandırılması haqqında materiallara aid təqdimatları  onların tədqiqat bacarığının göstəricisidir.

Azərbaycan Xalq Cümhuriyyətinin 27 iyun 1918-ci il tarixli qərarı ilə bağlı nadir paylaşılan sənədin göstərilməsi onların marağına səbəb oldu. Görkəmli səxiyyətlərdən qiymətli kəlamlar, şeirlər səsləndirildi və sonda tədbir dünya xalqlarının dilində sağollaşaraq yekunlaşdırıldı.

Doğma ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir.  Onun qayğısına qalmaq və gələcək nəsillərə ötürmək bizim mənəvi borcumuzdur.

https://www.youtube.com/watch?v=KJzJLidsIHQ