Akademik Zərifə Əliyevanın anadan olmasından 99 il ötür

28 Aprel 2022

Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür.
Bu münasibətlə Akademk Zərifə Əliyeva adına liseyin müəllim və şagird  kollektivi Fəxri xiyabana gələrək, öncə müasir müstəqil Azərbaycan dövlətinin  memarı və qurucusu, ümummilli lider Heydər Əliyein xatirəsini ehtiramla yad etmiş, məzarı üstünə gül dəstələri düzmüşdür.
Liseyin kollektivi oftalmoloq alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Tibb Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, xeyirxah insan Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və güllər düzmüşdür.