ADA universitetinə ekskursiya

07 Dekabr 2021

Liseyimizin 11a2 və 11r2 sinifləri 07 dekabr tarixində Azərbaycan Diplomatiya Akademiyasında ekskursiyada oldular. ADA universitetinin nümayəndəsi Elşad Göyüşov tərəfindən qarşılanan şagirdlərə ilk öncə universitet barədə qısa məlumat verildi. Daha sonra şagirdlərə universitetə qəbul qaydaları, fakultələr, xaricdə təhsil ilə bağlı təqdimat təqdim edildi. Öz növbəsində şagirdlər nümayəndələrə universitetlə bağlı öz suallarını verdilər. Sonda şagirdlərimiz universitetdə kiçik ekskursiyada oldular.