2023-2024-cü tədris ili üçün Akademik Zərifə Əliyeva adına liseyin IX siniflərinə qəbul elan edilir

16 May 2023

2023-2024-cü tədris ili üçün IX siniflərə qəbul elan edilir.

Müsabiqədə hazırda ümümtəhsil məktəblərinin, lisey və gimnaziyaların  Azərbaycan və rus bölmələrinin 8-ci sinif şagirdləri iştirak edə bilərlər.
İmtahanda iştirak etmək üçün aşağıda göstərilən sənədlər liseyə təqdim olunmalıdır.

1.Müraciət anketi (Endirmək üçün: https://bit.ly/3Br0OWZ)
2.Şagirdin şəxsiyyət vəsiqəsinin surəti
3.Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti
4.Şagirdin son 6 ayda çəkilmiş 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkli

Sənədlərin qəbul vaxtı təyin olunduğu gündən həftə içi hər gün (iş günləri) 10:00-dan 14:00-a qədərdir.

İmtahanda iştirak etmək üçün müvafiq buraxılış vərəqini 9 iyun tarixində liseyimizdən əldə edə bilərsiniz.