2022-2023 tədris ilinində Pedaqoji şuranın yekun iclası keçirilib

24 İyun 2023

 

Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq liseyimizdə 2022/2023-cü tədris ilinin yekunlarına həsr olunmuş cari dərs ilinin sonuncu pedaqoji şura iclası keçirilib.

İclasda il ərzində görülən işlər, təşkil edilən tədbirlər, müxtəlif fənn və layihə olimpiadalarında, robot yarışlarında əldə edilən nailiyyətlər, şagirdlərimizin buraxılış imtahanı və eləcə də liseydaxili imtahanlardakı nəticələri hesabatlarla dinlənilib, müzakirə edilib. Növbəti tədris ilində qarşıya qoyulan əsas hədəflər barədə danışılıb. Kollektivə cari tədris ilindəki yüksək nəticələr üçün təşəkkür edilib.