“20 yanvar fasiəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı rəsm müsabiqəsi

25 Yanvar 2021

Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Yasamal Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunmuş “20 yanvar fasiəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı rəsm müsabiqəsində iştirak etmişlər. Liseyimizin 9a5 sinif şagirdi İsmayılzadə Ayan keçirilmiş müsabiqədə fəxri fərmanla təltif olunmuşdur.