18 Oktyabr-Müstəqilliyin Bərpası Günü qeyd edildi

18 Oktyabr 2021

  Bu gün liseydə Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü ilə bağlı konfrans tipli dərslər təşkil olunmuşdur. Karantin rejiminin qaydalarına uyğun olaraq tədbir mərhələlərlə keçirilmişdir. Mərhələli şəkildə keçirilən tədbirlərdə şagirdlərimiz müstəqilliyimizin tarixindən, onun əldə edilməsi uğrunda xalqımızın keçdiyi tarixi sınaqlardan bəhs etmişlər.
  Tədbirin əvvəlində müstəqilliyimiz uğrunda canlarını fəda etmiş vətənin qəhrəman oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Hazırlanmış videoçarx nümayiş etdirilmişdir. Tədbirlərdə çıxış edən tarix müəllimləri şagirdlərin apardıqları araşdırmaları yüksək qiymətləndirmişlər.