Akademik Zərifə Əliyeva adına Liseyin IX sinfinə qəbul olunmaq arzusu ilə yaşayan cari 8-ci sinif şagirdləri üçün 2026-2027-ci tədris ili üzrə hazırlıq kurslarına sənəd qəbulu elan edilir.
Sənəd qəbulu qaydaları və müddəti:
Tarix: 22 – 29 Sentyabr 2026-cı il, Qəbul saatları: 09:00 – 14:00
Qeydiyyat üçün tələb olunan sənədlər:
-Şagirdin şəxsiyyət vəsiqəsinin surəti;
-Valideynlərdən birinin şəxsiyyət vəsiqəsinin surəti;
-Ərizə (Ərizə forması bilavasitə liseydə təqdim olunur).
Hazırlıq kurslarında ilk dərs günü 1 oktyabr 2026-cı il tarixində nəzərdə tutulmuşdur.
Əlaqə vasitələri:
Əlavə məlumat və suallarınız üçün iş günləri saat 09:00-dan 15:00-dək (050) 228 48 80 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
