ZƏFƏRİN TƏNTƏNƏSİ

05 Noyabr 2022

Bu gün liseydə Zəfər Günününə həsr olunmuş “Zəfərin təntənəsi” adlı tədbir keçirildi. Tədbir liseyin Azərbaycan dili və ədəbiyyat  müəllimi Rəna Xəlilovanın təşəbbüsü və  11a3 sinfinin şagirdlərinin iştirakı ilə təşkil olunmuşdu. Bu tədbirdə şagirdlərin 44 günlük müharibənin hər gününü, hətta qələbədən sonrakı qələbələrimizi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin azad olunmuş bölgələrdə apardığı quruculuq siyasətini özündə əks etdirən  təqdimatları dinlənildi.

11a3 sinif şagirdlərinin hazırladıqları və nəşr etdirdiklər “Zəfər Tarixi” kitabı tədbir iştirakçılarının marağına səbəb oldu.  Qeyd etmək lazımdır ki, tədbirdə səslənən şeirlərin müəllifləri də şagirdlər özləri idilər.

Bu tədbirdə qonaq qismində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Vətən müharibəsi iştirakçısı qazi Muraz Sadıqov, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Hərbi Orkestrinin üzvləri,  liseyin müəllim və şagird kollektivi iştirak edirdi. 

Sonda liseyin direktoru Fərqanə İsayeva və qonaqlar  belə maraqlı tədbirə görə Rəna xanıma və 11a3 sinif şagirdlərinə öz təşəkkürlərini bildirdilər, iştirakçılarla birgə xatirə şəkli çəkildi.