Sənin adınla bağlıdır bu xalqın hər zəfəri...

10 May 2022

Bu gün Akademik Zərifə Əliyeva adına liseydə Azərbaycanın özü qədər  əbədi olan şəxsiyyəti, Müstəqil Azərbaycanımızın memarı, xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə  həsr olunmuş konfrans keçirildi. Liseyin tarix müəllimi Aytən Tahirlinin təşkilatçılığı ilə keçirilən bu konfransda 9-cu sinif şagirdlərinin təqdimatları dinlənildi. 
“Heydər Əliyev və Azərbaycan”, “Heydər Əliyev və Azərbaycan təhsili”, “Heydər Əliyevin irsi” mövzusunda olan təqdimatlar iştirakçılar tərəfindən maraqla dinlənildi. Çıxışlardan sonra müzakirələr aparıldı, təqdimatlarla bağlı  maraqlı  fikirlər söylənildi.