Liseydə Milli Musiqi Günü münasibətilə maraqlı və rəngarəng tədbir keçirilib. Musiqi müəllimi Könül Beydullayevanın təşkilatçılığı ilə keçirilən bu tədbirdə liseyin 8 və 9-cu sinif şagirdləri iştirak edirdilər.
Tədbirin əsas məqsədi şagirdlərdə musiqiyə marağın artırılması, onların estetik zövqünün formalaşdırılması, milli və dünya musiqi mədəniyyəti haqqında biliklərinin zənginləşdirilməsi olub.
Tədbir zamanı şagirdlər musiqinin insan həyatındakı rolu, onun mənəvi-estetik əhəmiyyəti haqqında fikirlərini bölüşüb, müxtəlif musiqi nümunələri təqdim ediblər.Şagirlərin musiqi alətlərində ifaları tədbirə xüsusi rəng qataraq iştirakçılarda xoş ovqat yaradıb.
Belə tədbirlər şagirdlərin yaradıcılıq imkanlarının üzə çıxarılmasına, onların incəsənətə və musiqiyə olan marağının daha da inkişaf etdirilməsinə xidmət edir.




