İnsan Hüquqları və Vətəndaş Məsuliyyəti

26 May 2026

“İnsan Hüquqları Aylığı” çərçivəsində liseydə tarix müəllimi  S. Səmədov “İnsan Hüquqları və Vətəndaş Məsuliyyəti” mövzusunda maarifləndirici dərs təşkil etmişdir.   

 Dərs zamanı şagirdlər insan hüquqlarının əsas prinsipləri, vətəndaş məsuliyyətinin cəmiyyətin inkişafındakı rolu, hüquq və vəzifələrin vəhdəti barədə məlumatlandırılmışlar. Mövzu ətrafında aparılan müzakirələr şagirdlərdə hüquqi düşüncənin formalaşmasına və vətəndaşlıq məsuliyyətinin artırılmasına xidmət etmişdir.

 Dərsin məqsədi şagirdlərin hüquqi biliklərini zənginləşdirmək, onları fəal və məsuliyyətli vətəndaş kimi formalaşdırmaq, insan hüquqlarına hörmət ruhunda tərbiyə etmək olmuşdur.