“İnsan Hüquqları Aylığı” çərçivəsində liseyin “Hüquqlarımızın səsi olaq” mövzusunda maarifləndirici dərs təşkil olunmuşdur. Dərs tarix müəllimi R.Rizayev tərəfindən keçirilmişdir.
Dərs zamanı şagirdlər insan hüquq və azadlıqlarının mahiyyəti, vətəndaşların hüquq və vəzifələri, hüquqların qorunmasının əhəmiyyəti barədə məlumatlandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Şagirdlərin sualları cavablandırılmış, onların hüquqi biliklərinin artırılmasına yönəlmiş müzakirələr keçirilmişdir.
Dərsin əsas məqsədi şagirdlərdə hüquq mədəniyyətinin formalaşdırılması, hüquq və azadlıqlara hörmət hissinin gücləndirilməsi olmuşdur.



