Azərbaycan, Zəfər Günün mübarək!

05 Noyabr 2021

  5 noyabr  tarixində liseyin müəllim və  şagirdlərinin  iştirakı ilə Zəfər Gününə həsr olunmuş “Azərbaycan, Zəfər Günün mübarək” adlı  tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə başlandı. Daha sonra Azərbaycanın şəhid oğul və qızlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Tədbirin rəsmi hissəsində şagirdlər Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük müharibədə göstərdiyi  qəhrəmanlıqdan, canlarını fəda etmiş şəhidlərdən söz açdılar. Şagirdlər tərəfindən Almas İldırımın “Əsir Azərbaycanım” şeirinin “Qalib Azərbaycanım” adlı bugünkü qələbəmizə həsr olunmuş , dəyişdirilmiş formada təqdim olunması  hamı tərəfindən maraqla qarşılandı.

  Zəfər Günü ilə bağlı  şəhid Namiq Quliyevin xatirəsinə həsr olunmuş şahmat və stolüstü tennis yarışlarının qalibləri diplomlarla təltif olundular.
  Daha sonra tədbir  liseyin şagirdləri tərəfindən hazırlanmış konsert proqramı ilə davam etdirildi.

  Tədbirin sonunda liseyin direktoru Aynur xanım Hüseynova çıxış edərək bir daha Ali Baş Komandanın uzaqgörən və düşünülmüş siyasətindən, müzəffər ordumuzun qələbəsindən söz açdı. Xalqımızı, tədbirdə iştirak edən müəllim və şagirdləri Zəfər Günü münasibətilə təbrik etdi. Şagirdlərə hazırladıqları bu tədbirə görə minnətdarlığını bildirdi.