"Holidays" mövzusunda ingilis dili fənnindən nümunəvi dərs

23 Dekabr 2015

23.12.2015-ci il tarixində bu il Əməkdar müəllim kimi şərəfli ada layiq görülən liseyin ingilis dili müəllimi Dursun Yaqubovanın "Bayramlar" başlıqlı mövzuda 9r1 sinfində açıq dərsi oldu. 
Dərsdə müasir innovativ-inteqrativ metodlardan istifadə, M.Məsimovanın elektron lövhədə mövzu ilə əlaqədar rəsm çəkməyi, şagirdlərin aktivliyi, müəllim-şagird münasibətlərinin səmimi və düzgün qurulması açıq dərsdə iştirak edən hər kəs tərəfindən bəyənildi.