Heydər Əliyev və dövlətçilik məktəbi

07 May 2026

Liseyin tarix müəllimi Fərhad Cabbarov Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və dövlətçilik məktəbi” mövzusunda dərs keçdi. Dərsdə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi mühüm fəaliyyətlərdən bəhs olundu.

Şagirdlərə Azərbaycanın müstəqilliyinin qorunması, milli həmrəyliyin gücləndirilməsi və dövlətçilik ənənələrinin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri haqqında məlumat verildi. Dərs zamanı şagirdlər təqdimatlarla çıxış edib, Ulu Öndərin zəngin siyasi irsinin bu gün də gənc nəslə örnək olduğunu vurğuladılar.

Dərsin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik hissinin, dövlətçilik dəyərlərinə hörmətin və milli-mənəvi irsə bağlılığın artırılması olub.