Heydər Əliyev və Azərbaycanın yenilənən siması” adlı tədbir keçirilib

06 May 2026

Liseyimizdə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycanın yenilənən siması” adlı tədbir keçirildi.

Tədbirin adında da göründüyü kimi Ulu Öndərin sayəsində Azərbaycan daim inkişaf edib, yenilənib. “Şəhərsalma və Memarlıq İli”-də təşkil olunmuş bu tədbirdə Ulu Öndərin Azərbaycanın inkişafı, xüsusilə şəhərsalma və abadlıq sahəsində həyata keçirdiyi mühüm işlərdən bəhs olundu.

Çıxışlarda qeyd edildiyi kimi Heydər Əliyevin rəhbərliyi dövründə Bakı şəhərinin siması dəyişmiş, yeni yaşayış massivləri, parklar, yollar və mühüm memarlıq obyektləri inşa olunmuşdur. Milli memarlıq ənənələrinin qorunması, şəhərlərin müasir infrastruktura qovuşması və abadlıq işlərinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrin ölkənin inkişafında mühüm rolu vurğulanmı.

Şagirdlər təqdimatlarla çıxış edərək, Ulu Öndərin zəngin dövlətçilik irsindən və Azərbaycan şəhərlərinin inkişafına verdiyi töhfələrdən danışdılar. Sonda liseyin direktoru F.İsayeva çıxış edərək tədbirin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına və milli irsə bağlılığının gücləndirilməsinə xidmət etdiyini vurğuladı.