Heydər Əliyev – Müstəqil Azərbaycanın memarı

07 May 2026

Liseyin tarix müəllimi Rüfət Rizayev Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev – Müstəqil Azərbaycanın memarı” mövzusunda dərs təşkil edib. Dərsdə Ulu Öndərin müstəqil Azərbaycanın qurulması, dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin inkişafı naminə həyata keçirdiyi mühüm xidmətlərdən bəhs olundu.

Şagirdlərə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitliyin təmin olunması, milli birliyin gücləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzun artması barədə məlumat verildi. Dərs zamanı Ulu Öndərin zəngin siyasi irsini əks etdirən təqdimatlar nümayiş etdirildi, onun xalqına və dövlətinə sonsuz sevgisi xüsusi vurğulandı.

Tədbirin əsas məqsədi şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, dövlətçilik ənənələrinə hörmətin aşılanması və Ümummilli Liderin zəngin irsinin gənc nəslə daha yaxından tanıdılması olub.