Fizika fənnindən açıq dərs

24 Dekabr 2021

24.12.2021-ci il tarixində liseyin fəaliyyət planına əsasən  10A4  sinfində fizika müəllimi  Hədiyyə Qənbərovanın hazırladığı  “ Tam mexani̇ki̇ enerji̇. Enerji̇ni̇n saxlanmasi qanunu ” mövzusunda açıq dərs keçirildi.

Maraqoyatma birbaşa sadə təctübə ilə başladı, şagirdlərin fikirləri qeyd olundu və fikirlər tədqiqat sualına yönəldildi.  

Tədqiqat 3 qrupda aparıldı. Hər qrup verilən sadə ləvazimatlarla  müxtəlif mexaniki hərəkətlər zamanı enerjinin saxlanma qanununun  ödəldiyini təsdiq edən təcrübələr apardı. Hər qrup apardığı təcrübənin nəticələrini təqdim etdi, təcrübələrin nəticələrinə əsasən şagirdlər enerjinin saxlanma qanunun riyazi ifadəsin müəyyənləşdirdilər.

Nəticənin çıxarılmasından sonra qruplar onlara verilən iş vərəqindəki  tapşırıqları yerinə yetirdilər.

Qrupların işi əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında qiymətləndirildi.
Videoya baxmaq üçün: