"Famous people of Azerbaijan" mövzusunda dərs təşkil olunub

15 Yanvar 2024

15 yanvar 2024-cü il tarixində akademik Zərifə Əliyeva adına liseyin ingilis dili müəllimləri Yaqubova Dursun və Əliyeva Tamaranın rəhbərliyi altında 8r sinif şagirdləri "Famous people of Azerbaijan" mövzusunda təqdimatlar hazırlayıb təqdim edib.
Təqdimatlar Azərbaycan tarixinin, siyasətinin,elminin, mədəniyyətinin inkişafında müstəsna xidmətləri olmuş görkəmli nümayəndlərə: Heydər Əliyev, Zərifə Əliyeva, Lütfizadə, Üzeyir Hacıbəyov, M.Ə. Rəsulzadəyə həsr olunub. Maraqlı faktlarla zəngin təqdimatlar üçün şagirdlərimizə və müəllimlərimizə təşəkkür edirik.