“Ərəb-İsrail münaqişəsi” mövzusunda debat dərsi təşkil olunub

04 May 2026

Tarix müəllimi Fərhad Cabbarov-un rəhbərliyi ilə 9r3 sinfində “Ərəb-İsrail münaqişəsi” mövzusunda debat dərsi təşkil olunmuşdur. Dərs zamanı şagirdlər müxtəlif ölkə və beynəlxalq qurumları təmsil edərək mövzu üzrə araşdırmalarını təqdim etmiş, öz mövqelərini arqumentlərlə əsaslandırmış və aktiv müzakirələr aparmışlar.
Debat formatında keçirilən dərs şagirdlərin tənqidi düşünmə, araşdırma və nitq bacarıqlarının inkişafına töhfə vermişdir.
Tədbirin sonunda liseyimizin direktoru Fərqanə xanım çıxış edərək şagirdlərin fəallığını yüksək qiymətləndirmiş, belə təşəbbüslərin əhəmiyyətini vurğulamış və təşkilatçılara təşəkkürünü bildirmişdir.