Çağırışaqədərki hazırlıq fənnindən açıq dərs keçirildi

24 Dekabr 2021

24.12.2021-ci il tarixdə liseyin fəaliyyət planına əsasən Çağırışaqədərki hazırlıq fənnindən 10A3 sinfində  “5.45 və 7.62 mm-lik Kalaşnikov avtomatları və əl pulemyotları” mövzusunda açıq dərs keçirildi. Maraqlı təqdimat nümayiş etdirildikdən sonra tədqiqat sualı çıxarıldı. Tədqiqat 5 qrupda aparıldı. Tədqiqatın aparılması və təqdimetmə zamanı  şagirdlərin ünsiyyətqurma, əlaqələndirmə, əsaslandırma və təqdimetmə bacarıqları diqqəti cəlb etdi. Məlumatın mübadiləsi zamanı materialların tamlığı və yüksək səviyyədə təqdim olunması diqqət çəkirdi. Nəticənin çıxarılmasından sonra şagirdlərin kreativliyi və səmimiliyi yaradıcı tətbiqetməni daha maraqlı etdi.
II qrupun şagirdləri III, qalanlar isə IV səviyyə ilə qiymətləndirildilər.
Ev tapşırığı “M. Kalaşnikovun ölümqabağı patriarxa yazdığı məktubun” oxunması oldu və bu tapşırıq kreativliyinə görə şagirdlərin çox xoşuna gəldi. Dərs sinfin “Marş irəli” sıra mahnısının ifası ilə başa çatdı.

Açıq dərs yüksək məhsuldarlığı və səmərəliliyi ilə yadda qaldı.
Dərsdə Yasamal, Səbail və Nəsimi rayonlarının ümumtəhsil məktəblərinin hərbi rəhbərləri də iştirak edirdilər. Onlar dərs zamanı sinfin fəaliyyətinə heyran qalmışdılar. Qonaqlar dərsdən sonra da şagirdlərlə uzun müddət söhbət etdilər, aşağı siniflərdə onlar işlədikləri məktəblərdə oxumuş şagirdlərlə tanış oldular.

Youtube linki: https://www.youtube.com/watch?v=_ggGc09r7no