Liseyin tarix müəllimi Samir Səmədov 9r4 siinfində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Bir Ömrün Azərbaycan Sevgisi” mövzusunda dərsi keçib.
Dərsdə Ulu Öndərin xalqına, dövlətinə və doğma Vətəninə sonsuz sevgisindən, Azərbaycan naminə həyata keçirdiyi mühüm xidmətlərdən bəhs olunub.
Şagirdlərə bildirilib ki, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyin inkişafı və milli birliyin qorunması istiqamətində Heydər Əliyevin fəaliyyəti tariximizin ən şanlı səhifələrindən biridir. Dərs zamanı Ulu Öndərin həyat yolunu əks etdirən təqdimatlar nümayiş olunub, onun müdrik siyasi fəaliyyəti və gənc nəslə verdiyi dəyər xüsusi vurğulanıb.
Dərsin sonunda şagirdlər çıxışlarında Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi zəngin irsin bu gün də ölkəmizin inkişafına xidmət etdiyini qeyd edib, onun əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.



