“Açıq səma altında Qala Arxeoloji Etnoqrafik Muzeyi”nə səfər

06 May 2015

06.05.2015-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi Aytən Tahirlinin rəhbərliyi ilə 9a3 sinif şagirdləri Abşeronun Qala kəndində yerləşən "Açıq səma altında Qala Arxeoloji Etnoqrafik Muzeyi"nə səfər etmişlər. 2008- ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılmış Arxeoloji Etnoqrafik Muzey ilə tanış olan şagirdlər Azərbaycan tarixi incilərini seyr etmişlər.