“Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

18 İyun 2016

İyunun 18-də “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.  
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Təhsil Nazirliyinin əməkdaşları, müsabiqənin Təşkilat Komitəsinin və münsiflər heyətinin üzvləri, müsabiqə qalibləri iştirak ediblər.
Müsabiqənin nəticələrinə görə, 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü yerə layiq görülüb. Qaliblər diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunublar.  
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Mədinə Məsimova da birinci yeri tutaraq adını müsabiqə qalibləri sırasına yazdırıb.  

http://edu.gov.az/az/page/9/12655