Şagirdimiz YUNESKO komitəsində “Ən yaxşı nümayəndə” adına layiq görüldü

08 Mart 2016

2016-cı il 20-23 fevral tarixlərində Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Ayşən Əliyeva Azərbaycanda təşkil olunan MilliMUN-First National Model United Nations  konfransında iştirak etmişdir. Müsabiqədə əksəriyyəti tələbələrdən ibarət olan 350 nəfər iştirak edib. Akademik Zərifə Əliyeva adına liseyi 10-cu sinif şagirdi Ayşən Əliyeva təmsil etmişdir. Ayşən Əliyeva YUNESKO komitəsində Malini təmsil edərək “Ən yaxşı nümayəndə” adına layiq görülmüşdür.