Spartakiadanın qalibləri bəlli oldu

28 Dekabr 2018

 Hər il olduğu kimi bu il də 26-28 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə liseyimizdə ənənəvi Spartakiada keçirilib. Hər sinfin komandası spartakiadada 1-ci yer və keçici kubok uğrunda gərgin mübarizəyə qoşuldular. Finala 9-cu siniflər üzrə 9a1, 10-cu siniflər üzrə 10a1 və 11-ci siniflər üzrə 11a3 komandaları çıxdılar. Maraqlı keçən final oyununun nəticələrinə görə 11a3 sinfinin komandası SPARTAKİADA 2018-in qalib oldu. Təbrik edirik!