Liseyimizdə “Dünya bir sualda” adlı intellektual yarış keçirilib

29 Aprel 2026

Liseyimizdə VIII və IX sinif şagirdləri arasında “Dünya bir sualda” adlı intellektual yarış keçirilmişdir. Yarış 9A4 sinif şagirdi Gülbala Bayramlının təşkilatçılığı və Liseyin Şagird Parlamentinin dəstəyi ilə təşkil olunmuşdur.

Şagirdlərin ümumi dünyagörüşünü və məntiqi təfəkkürünü inkişaf etdirməyə yönəlmiş bu yarış yüksək maraqla qarşılanmışdır.

İştirakçılar müxtəlif sahələr üzrə biliklərini nümayiş etdirərək fəal mübarizə aparmışlar.

Nəticələrə əsasən:

9R2 sinfi — I yer

8A sinfi — II yer

9R3 sinfi — III yer

Sonda qalib komandalar diplomlarla təltif olunmuşdur.