"Biz hamımız mübarizik" adlı hərbi yarış keçirildi

27 May 2016

Akademik Zərifə Əliyeva adına liseydə 28 May Respublika Gününə həsr olunmuş "Biz hamımız mübarizik" adlı hərbi yarış keçirildi. Hər il keçirilən yarışda liseyin 10-cu sinif şagirdlərindən ibarət komandalar bilik və bacarıqlarını nümayiş etdirdilər. 3 mərhələdən ibarət yarışda liseyin 10A4  və 10A2 sinifləri finala çıxaraq birinci yer uğrunda mübarizə apardılar.
Sonda qalib gələn 10A2 sinfinin "Azərbaycan" komandasına kubok təqdim olundu.

http://video.azertag.az/video/38439