Antalyada keçirilmiş VII Beynəlxalq Olimpiada

10 Noyabr 2015

 01-08 noyabr 2015-ci il tarixlərində Antalyada keçirilmiş VII Beynəlxalq Olimpiadada liseyimizin şagirdləri də iştirak etmişdir. Türkiyə,Azərbaycan, Hindistan, Keniya, Rusiya, Ukrayna, Tacikistan, Qırğızıstan və Özbəkistandan gəlmiş məktəblilər və tələbələr arasında  keçirilən  bu bilik yarışmasında iştirak etmiş şagirdlərimiz bu dəfə də böyük uğurlar əldə etmişlər.  

Hüseynov Ceyhun (11- ci sinif)– coğrafiya fənni üzrə qızıl medala, riyaziyyat fənni üzrə gümüş medala, ingilis dili fənni üzrə gümüş medala;

Əliyeva Nərmin (11-ci sinif) - coğrafiya fənni üzrə qızıl medala, riyaziyyat fənni üzrə bürünc medala;

Süleymanova Ofelya (11-ci sinif) - coğrafiya fənni üzrə gümüş medala;

Rəsulov Cavid    (10-cu sinif)   - coğrafiya fənni üzrə bürünc medala;

Alısoy Aydın (9-cu sinif) – riyaziyyat fənni üzrə qızıl medala, ingilis dili fənni üzrə bürünc medala layiq görülmüşlər.
    
Liseyimizin komandası iştirakçı komandalar arasında Coğrafiya fənni üzrə ortalama bal hesabına görə II yerə çıxaraq  kuboka layiq görülmüşdür.
 
Olimpiadanın Təşkilat Komitəsi tərəfindən   şagirdlərin iştirakını təmin etdiyinə və göstərdiyi dəsətəyə görə Akademik Zərifə Əliyeva adına Liseyin direktoru M.H.Vəliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini L.F.Fətiyeva, qrupun rəhbəri  N.A. Axundova və qalib şagirdlərin fənn müəllimlərinin hər birinin ünvanına təşəkkür məktubu göndərilmişdir.